2019-20 mövsümü üçün çalışmalarını davam etdirən "Sumqayıt" bu gün hazırlığın 1-ci mərhələsinə yekun vurur. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk mərhələyə bu axşam baş tutacaq məşqlə son veriləcək.

Ayxan Abbasovun yetirmələri günün ilk məşqini səhər saatlarında keçirib. "Kapital Bank Arena"nın fitness zalında start götürən hazırlıq prosesi daha sonra meydançada davam edib. Müxtəlif fiziki çalışmalarla günün ilk məşqi yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt"ın axşam məşqi saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest