"Qarabağ" müdafiəçisi Vild-Donald Gerye ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ayrılığa səbəb Geryenin intizamsız hərəkəti olub. Belə ki, o, ağdamlılarla razılaşdırılmış vaxtdan sonra komandaya qayıtmayıb və təlim-məşq toplanışı ilə yanaşı, çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə görüşdə iştirak etməyib. Bu səbəbdən futbolçu ilə yolları ayırmaq qərarı alınıb.

"Qarabağ" klubu Geryeyə komandaya göstərdiyi xidmətlərə görə təşəkkür edib. Gerye "Qarabağ"la 2017-ci ildə keçmişdi. Klubla müqavilə müddəti başa çatdığı üçün sol cinah müdafiəçisi azad agent statusu alıb.

Qeyd edək ki, "Qarabağ" buna qədər Yakub Jezniçak, Reynaldo Silva, İnnosent Emeqara və Con Delarjla vidalaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest