"İnter" "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın bir neçə dəfə "yox" cavabına baxmayaraq, "neradzurra" ondan əl çəkmir.

Bu üzdən italyanlar Belçika millisinin üzvü üçün növbəti təklifini göndərib. Milan təmsilçisi qarşı tərəfə 60 milyon funt-sterlinq və bonuslar təklif edib. Ancaq Premyer Liqa klubu hücumçusunun satışından minimum 79 milyon funt-sterlinq qazanmaq niyyətindədi.

"Mançester Yunayted" rəhbərliyi yeni hücumçu almaq üçün Lukakunu indidən satmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest