PSJ-nin hücumçusu Neymarla bağlı maraqlı hadisə baş verib. Braziliyalı futbolçunun müsahibəsinin videogörüntüsü oğurlanıb. Müsahibə iyulun 11-də alınıb və dünən yerli televiziyada efirə verilməli idi.

PSJ-nin hücumçusu Neymarla bağlı maraqlı hadisə baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçunun müsahibəsinin videogörüntüsü oğurlanıb.

Müsahibə iyulun 11-də alınıb və dünən yerli televiziyada efirə verilməli idi. Neymardan həmin müsahibəni götürən jurnalist Joao Paulo Vergeyro ötən bazar günü futbolçunun qatıldığı tədbirdə iştirak edib. Maraqlıdı ki, Vergeyro tədbirin ardından avtomobilinə döndükdən sonra yaddaş kartının oğurlandığını görüb. Bu səbəbdən Neymarın müsahibəsi dünən yayımlanmayıb.

Müsahibədə Neymarın "Barselona"ya keçmək istəyi ilə bağlı fikirləri olduğundan, görüntünün oğurlandığı düşünülür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest