Nigeriya millisinin sabiq baş məşqçisi Samson Siasia yenə xoşagəlməz hadisə ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 52 yaşlı mütəxəssisin anası növbəti dəfə qaçırılıb.

Keçmiş futbolçunun 76 yaşlı anası ölkənin cənubundakı Bayels əlalətində yerləşən evindən qaçırılıb. Hadisə dünən gecə saatlarında baş verib. Belə ki, silahlı quldurlar evə daxil olaraq qadını özləri ilə aparıblar. Quldurlar hələ ki, ailə ilə əlaqə saxlamayıb.

Qeyd edək ki, ana Siasia 2015-ci ilin noyabr ayında da bənzər hadisə ilə üzləşmişdi. Həmin vaxt 3 nəfər onu motosikletlə qaçırmışdı. Qadının ailəsi daha sonra tələb olunan pulu ödəmiş və ana Siasia 13 gündən sonra evə dönmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest