"Mançester Yunayted" qapıçısı David De Xea ilə yeni müqavilə bağlamağa yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tərəflər arasında ilkin razılıq əldə olunub.

Yeni anlaşma ispaniyalını dünyanın ən yüksək ödənişli qapıçısına çevrəcək. Belə ki, müqaviləyə əsasən, 29 yaşlı oyunçunun həftəlik 200 min funt-sterlinq olan məvacibi 375 minə qalxacaq.

Qeyd edək ki, David De Xeanın hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest