Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" növbəti mövsümə hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı komanda hazırlıq prosesinin 12-ci gününü başa vurub. 
 
"Qırmızı-qaralar" günü bir məşqlə yekunlaşdırıb. Məşq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər. 
 
Axşam məşqi həm də əlverişsiz hava şəraitində baş tutub. Güclü yağışın yağmasına baxmayaraq, komanda hazırlığı davam etdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest