"Neftçi" UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı "Speranta" ilə cavab oyununun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, Moldova təmsilçisi ilə səfər matçından sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb.
 
Xatırladaq ki, iyulun 18-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Speranta" görüşü saat 21:00-da başlanacaq. Oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 2, 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri oyunun keçiriləcəyi arenanın kassalarından, həmçinin "Rahat market"in "Baku MALL" (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City" ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah" şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq" metrostansiyasının yanı), "Metropark"dakı mağazalarından və "Mega Store"dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.
 
"Neftçi" səfərdə baş tutan ilk oyunda "Speranta"ya 3:0 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest