"Fənərbaxça" ilə müqaviləsinin müddəti bitən Roberto Soldadonun yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 34 yaşlı hücumçu İspaniyanın "Qranada" klubuna transfer olunub. 
 
Bu barədə La Liqanın debütantının rəsmi saytı məlumat yayıb. Soldado ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
 
"Real"ın yetirməsi olan Soldado, karyerası ərzində "Real", "Xetafe", "Valensiya", "Vilyarreal", "Tottenhem" kimi klublarda forma geyinib. Hücumçu, 2017-ci ildən "Fənərbaxça"da çıxış edirdi.
 
Soldado 12 dəfə formasını geyindiyi İspaniya millisində 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest