"Mançester Yunayted"in yarımmüdafiəçisi Fred karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Qalatasaray" braziliyalı futbolçunun xidmətində maraqlıdı.

Türkiyə çempionu keçidi reallaşdırmaq üçün qarşı tərəflə danışıqlara başlayıb. "Qırmızı şeytanlar" oyunçunun icarə əsasında gedişinə qarşı deyil. Ancaq ingilislər 1 illik icarə üçün 2 milyon avro istəyiblər.

Qeyd edək ki, Fred bir il əvvəl "Mançester Yunayted"ə 59 milyon avro qarşılığında Donetsk "Şaxtyor"undan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest