Qazaxıstan Premyer Liqasında XVIII turun simvolik komandası açıqlanıb. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev yenə rəmzi komandaya düşüb.

O, "Ordabasi" ilə qarşılaşmada qapısının toxunulmazlığını qoruyaraq buna nail olub. Kostanay təmsilçisinin səfərdən qolsuz bərabərliklə dönməsində 25 yaşlı qolkiperin rolu xüsusi vurğulanıb. Maraqlıdı ki, "Tobol"un digər oyunçularından heç kim simvolik "11-liy"ə salınmayıb.

Qeyd edək ki, 18 turdan sonra Premyer Liqaya "Tobol" başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest