"Bir neçə gün əvvəl Lüksemburqda "Jeness"lə çətin oyun keçirdik. Həmin görüşü unudub, "Ordabasi" ilə matça hazırlaşmaq üçün çox az vaxtımız var idi. "Ordabasi" ilə oyunun çətin olacağını bilirdik".

Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" Qazaxıstan çempionatının XVIII turunda "Ordabasi" ilə səfərdə qolsuz bərabərə qalıb. Matc.az xəbər verir ki, növbəti dəfə qapısını toxunulmaz saxlayan Balayev klubun rəsmi saytına açıqlama verib.

25 yaşlı qolkiper 0:0 hesabından məmnun qaldıqlarını söyləyib: "Bir neçə gün əvvəl Lüksemburqda "Jeness"lə çətin oyun keçirdik. Həmin görüşü unudub, "Ordabasi" ilə matça hazırlaşmaq üçün çox az vaxtımız var idi. "Ordabasi" ilə oyunun çətin olacağını bilirdik. Onlar intizamlı komandadı. Başa düşürdük ki, meydandan maksimum nəticə ilə ayrılmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. ümumi nəticənin ədalətli olduğunu düşünürəm. Yenidən turnir cədvəlində ilk pilləyə yüksəldiyimiz üçün sevinirəm. İndi orda qalmaq üçün çox çalışmalıyıq".

Qeyd edək ki, ehtiyatında 1 oyun olan "Tobol" 39 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest