İngiltərə Kubokunun 1/8 final mərhələsində keçiriləcək "Lester" – "Sauthempton" görüşü təxirə salına bilər. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb birincilərin prezidenti Viçay Srivaddhanaprabhaya məxsus vertolyotun qəzaya uğramasıdı.

Premyer Liqa çərçivəsində "Vest Hem"lə (1:1) qarşılaşmadan sonra stadion yaxınlığında yerə çırpılaraq yanan helikopterdə Srivaddhanaprabhanın da olduğu bildirilir. Komanda bu gündən kubok oyununun hazırlığına başlamalı idi. Lakin rəhbərlik məşqi ləğv edib və futbolçular məcburi istirahətdədilər.

Baş verən hadisəyə görə yerli futbol federasiyası oktyabrın 30-da keçirilməsi nəzərdə tutulan "Lester" – "Sauthempton" matçını təxirə salmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest