Ukraynanın "Aleksandriya" klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Makedoniyanın "Borets" klubu ilə üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini 1 qol həll edib. "Aleksandriya" ilk yarıda təyin olunan penaltidən maksimum yararlanmaqla bu oyundan 1:0 qalib ayrılıb.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest