Futbol üzrə Qazaxıstan çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Ordabası" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Tobol" hazırda 39 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest