Növbəti mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Qəbələ" təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq prosesinin 11-ci gününü arxada qoyub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq günün ilk yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər.