"Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonali "İnter"ə keçə bilər. Matç.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun uğurlu çıxışı "neradzurra"nın diqqətini cəlb edib.

Rəhbərlik onu yeni Andre Pirlo gözündə görür. Tonalinin son oyunlardakı performansından təsirlənən milanlıların skautları onun vaxt itirmədən transfer edilməsini məsləhət görüblər.

Lakin İtaliyanın U-19 yığmasının üzvü "çelsi", "Roma", "Yuventus", "Milan" və "Monako"nun da maraq dairəsindədi. "Breşiya" bu keçiddən 25 milyon avro gəlir götürməyi hədəfləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest