Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Soçi" ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest