İtaliyanın "İnter" klubunun futbolçusu Mauro İkardi İsveçrədə təlim-məşq toplanışında olan komandanın düşərgəsini tərk edib. Matc.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
 
İtaliya təmsilçisi argentinalı hücumçunun məşqlərə Milanda fərdi qaydada davam etməsinə qərar verib. 26 yaşlı oyunçunun Asiyadakı təlim-məşq toplanışına da aparılmayacağı bildirilir.
 
Qeyd edək ki, "İnter" İkardi ilə yanaşı, yarımmüdafiəçi Raca Naynqqolanı da transferə çıxarıb. Hər iki futbolçunun tezliklə Milan klubundan ayrılması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest