"Liverpul"un müdafiəçisi Endryu Robertson cərrah bıçağı altına uzanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, şotlandiyalı futbolçu əlindən əməliyyat olunub.

Sol cinah müdafiəçisi infeksiyaya görə, buna məcbur qalıb. Bu üzdən 25 yaşlı oyunçu komandanın məşqlərindən kənarlaşdırılıb. Onun nə zaman kollektivə qoşulacağı məlum deyil.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ildən "Liverpul"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest