"Real"ın yarımmüdafiəçisi Hames Rodriges Fransaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı futbolçu PSJ-nin maraq dairəsindədi.

"Napoli" bir müddətdi hücumameyilli oyunçunu transfer etməyə çalışsa da, klublar məbləğdə ortaq məxrəcə gələ bilməyiblər. "Atletiko"nun da gündəmində olan sabiq "Monako"lunu fransızlar transfer dönəminin son günlərində nisbətən ucuz qiymətə almağa ümid edir.

Qeyd edək ki, Hames Rodriges son iki ili icarə əsasında "Bavariya"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest