"Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç istefa verməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb serbiyalı mütəxəssisin səhhətində problem yaranmasıdı.

Həkimlər 50 yaşlı çalışdırıcının müntəzəm tibbi müayinədən keçməsini və nəzarətdə olmasını məshələt görüblər. Mixayloviçin istefa verməsi ilə bağlı bəyanat yayması və ya yaxın günlərdə mətbuat konfransı təşkil etməsi gözlənilir.

Qeyd edək ki, Sinişa Mixayloviçin "Bolonya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest