Transfer bazarının fəal komandalarından olan "Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az saytının məlumatına görə, bakılılar sabiq hücumçusu Pərdis Fərcad-Azadı heyətinə qatıb.

ötən mövsüm başa çatdıqdan sonra "Zirə" ilə yollarını ayıran 31 yaşlı forvard yeni mövsümdən Tərlan Əhmədovun ixtiyarında olacaq. Milli komandamızda da çıxış etmiş oyunçu ilə hərtərəfli anlaşma əldə edilib. Pərdis bu gün rəsmi müqaviləyə qol çəkəcək.

Bununla onun "Keşlə"yə dönüşü rəsmiləşəcək. Futbolçu ötən ilin yayında sabiq baş məşqçi Yuri Maksimovun istəyi ilə komandadan ayrılmış, "Zirə"yə keçmişdi. Pərdis ölkəmizdə həmçinin "Sumqayıt"ın da formasını geyinib.

Qeyd edək ki, bu, "Keşlə"nin yay fasiləsində 9-cu transferi olub. Bakılılar indiyə qədər Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov, İlkin Qırtımov, Stanislav Namaşko, Emin Mehdiyev və Miyuşko Bojoviçi heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest