Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmannın "Barselona"ya transferi bu iki klub arasında qalmaqala səbəb olub. Matc.az xəbər verir ki, Kataloniya klubu transferi rəsmi saytı vasitəsilə açıqladından sonra paytaxt təmsilçisi də öz saytında etiraz bəyanatı yayıb.
 
Bəyanatda fransalı hücumçu ilə müqavilənin müvafiq bəndinə əsasən, iyulun 1-dən onun təzminat qiymətinin 200 milyon avrodan 120 milyona düşdüyü bildirilib. Kataloniya təmsilçisinin son məbləği ödəyərək 28 yaşlı oyunçunun aldığı vurğulanıb.
 
Ancaq Madrid klubu iddia edir ki, "Barselona" Qrizmannla iyulun 1-dən sonra yox, daha tez razılığa gəlib. Buna görə klub qarşı tərəfdən 200 milyon avro təzminat tələb edir. "Atletiko"nun bununla əlaqədar məhkəməyə müraciət etmək barədə düşündüyü də diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Qrizmann mayın 15-də Madrid təmsilçisindən ayrılacağını açıqlamışdı. O, iyulun 12-də Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest