"Lester"in prezidenti Viçay Srivaddhanaprabhaya məxsus vertolyot qəzaya uğrayıb. Matç.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən Premyer Liqa çərçivəsində keçirilən "Lester" – "Vest Hem" görüşündən sonra baş verib.

Oyundan sonra havaya qalxan helikopter çox uzaqlaşa bilməyib. Helikopter quyruq vintinin işləməməsi nəticəsində stadion yaxınlığında fırlanaraq komandanın məşq bazasının dayanacağına düşüb və alovlanaraq yanıb. Britaniya KİV-i Srivaddhanaprabha və qızının, eyni zamanda iki pilotun dünyasını dəyişdiyini iddia edib.

Qeyd edək ki, "Lester" – "Vest Hem" matçı 1:1 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest