Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Partizani" ilə keçirilən ilk oyun "Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Səfərdə keçirilən qarşılaşmada 37 yaşlı müdafiəçi Ağdam təmsilçisinin heyətində 300-cü görüşünə çıxıb.

çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Partizani" ilə keçirilən ilk oyun "Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səfərdə keçirilən qarşılaşmada 37 yaşlı müdafiəçi Ağdam təmsilçisinin heyətində 300-cü görüşünə çıxıb.

Kapitan bu matçların 195-ni Azərbaycan Premyer Liqasında, 79-nu avrokuboklarda, 26-nı isə ölkə kubokunda keçirib.

Sadıqov bu qarşılaşmalarda ümumilikdə 14 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest