Komandamız 6 xalla ilkin qrup mərhələsini 4-cü yerdə tamamlayıb. Qarayevin kollektivi mübarizəni növbəti qrup mərhələsində davam etdirəcək.

Yaponiyada qadın voleybolçular arasında təşkil olunan dünya çempionatı davam edir. Matç.az saytının məlumatına görə, bu gün ilkin qrup mərhələsinə yekun vurulur.
C qrupunda mübarizə aparan Azərbaycan millisi son görüşündə Tailandla üz-üzə gəlib. Bu qarşılaşma yalnız turnir cədvəlindəki mövqe baxımından önəm daşıyırdı. çünki buna qədər 4-cü pillədə qərarlaşan yığmamız növbəti qrup mərhələsinə vəsiqəni təmin etmişdi.

Həmçinin, Tailandın da mübarizəni davam etdirəcəyi dəqiq idi. Sadəcə, Faiq Qarayevin yetirmələri özlərindən bir pillə irəlidə olan rəqibi üstələmək niyyətində idi. Lakin bunun öhdəsindən gəlmək mümkün olmayıb.

Voleybolçularımız ilk setdəki yenilginin əvəzini dərhal çıxsalar da, bundan artığına gücləri çatmayıb. Nəticədə növbəti setləri də üstün keçirən Tailand 3:1 hesablı qələbə əldə edib.

Bununla, komandamız 6 xalla ilkin qrup mərhələsini 4-cü yerdə tamamlayıb. Qarayevin kollektivi mübarizəni növbəti qrup mərhələsində davam etdirəcək.

 

Dünya çempionatı

Qrup mərhələsi, V tur

Tailand – Azərbaycan - 3:1 (25:22, 15:25, 25:19, 25:17)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest