17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son oyuna təyinatlar açıqlanıb. Matç.az xəbər verir ki, VIII qrupun III turunun Albaniya ilə görüşünü Slovakiya ilə Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Sabahkı qarşılaşmanın baş hakimi slovakiyalı Boris Marhefka olacaq. Ona həmyerlisi Tomas Vorellə bosniyalı Sreten Udoviçiç kömək edəcək. Digər bosniyalı Admir Şehoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Albaniyanın Elbasan şəhərində keçiriləcək sabahkı oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest