İspaniya Sequndasında XI turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" səfər matçına çıxıb.

Liderlər qrupunda qərarlaşan komanda "Tenerife"nin qonağı olub. Artıq 5-ci dəqiqədə 2 top fərqi ilə öndə olan "Alkorkon" fasilədən sonra 3 top buraxaraq, məğlubiyyətə düçar olub – 2:3. 90 dəqiqəni əvəzedilmədən keçirən Eddi 62-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, aktivində 21 xal olan "Alkorkon" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest