PSJ-nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Tiaqo Motta vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında, braziliyalı sabiq futbolçunun Paris təmsilçisi ilə müqaviləsi ləğv edilib.

Keçmiş futbolçunun "Pro" lisenziyası almaq üçün məşqçilik kursunda təhsil alacağı bildirilir.

2018-ci ilin yayında futbolçu karyerasını bitirən Motta Paris klubunun gənclərdən ibarət komandasına fevraldan etibarən rəhbərlik edirdi. O, 2012-2018-ci illərdə PSJ-nin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest