"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç İngiltərəyə köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Serbiya millisinin üzvü "Mançester Yunayted"in maraq dairəsindədi.

"Qırmızı şeytanlar" keçidi reallaşdırmaq üçün qarşı tərəflə danışıqlara başlayıb. "Mankunianlar" 24 yaşlı oyunçunun transferi müqabilində 74 milyon funt-sterlinq ödəməyə hazırdı. Ancaq romalıların prezidenti Klaudio Lotito 90 milyon tələb edib.

Futbolçu özü də klubunu dəyişmək niyyətindədi. Onun xidmətində həmçinin PSJ də maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest