Türkiyə PTT I liqasında X turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi" səfər matçına çıxıb.

Turnir cədvəlinin zirvəsində qərarlaşan Ankara təmsilçisi ən yaxın izləyicisi "Boluspor"un qonağı olub. Stefan Sessenyonun 60-cı dəqiqədə vurduğu qol yeganə olub və qonaqlara 3 xal qazandırıb. Görüşə ehtiyatdan başlayan Dəniz isə 67-ci dəqiqədə Bəkir Yılmazı əvəzləyib. Milliləşdirilmiş forvard 78-ci dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

Qeyd edək ki, xallarının sayını 28-ə çatdıran "Gənclərbirliyi" liderliyini möhkəmlədib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest