Azərbaycan futbolunda sürətlə yüksəlib, bir anda yoxa çıxmaq praktikası mövcuddu. Matc.az saytının məlumatına görə, son qurban ölkə futbolunda müxtəlif vəzifələrdə çalışmış Rəmiş Malıyevdi.

AFFA-nın hüquqşünası kimi tanınan və 2016-cı ildən bəri tez-tez vəzifəsi müsbətə doğru dəyişən Malıyev indi futbol sektorunda fəaliyyət göstərə bilmir. Bizdə olan məlumata görə, hazırda onu nə AFFA, nə də "Keşlə" klubu yaxın buraxır. Səbəbləri təfərrüatı ilə bəlli olmasa da, Rəmiş Malıyev adlı şəxsə futbol sahəsində artıq yer yoxdu.

Halbuki o, 2008-ci ildə AFFA hüquqşünası kimi başladığı bu yolda qısa müddətdə uzun məsafə qət etməyi bacarmışdı. AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri, eyni zamanda UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsi olan Malıyev 2016-cı ildə Oyunçuların Statusu və Transferi Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2017-ci ilin fevral ayından "Keşlə"nin idarəçiliyini üzərində götürən AFFA Rəmiş bəyi səlahiyyətli nümayəndə seçib. Son olaraq "Keşlə"də baş direktor vəzifəsində çalışan 43 yaşlı hüquqşünas həmçinin Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti kimi də fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest