Avropa Liqasına hazırlığını davam etdirən "Qəbələ" Türkiyədə təlim-məşq toplanışındadı. Bu gün növbəti yoxlama görüşünə çıxıb. Baş məşqçi Sənan Qurbanov yetirmələrini "Vorskla" ilə qarşılaşmada sınayıb. Ukrayna klubu ilə qarşılaşmada təmsilçimiz hesabı açmasına baxmayaraq, bu üstünlüyü qoruya bilməyib.

Avropa Liqasına hazırlığını davam etdirən "Qəbələ" Türkiyədə təlim-məşq toplanışındadı. Matc.az saytının məlumatına görə, "qırmızı-qaralar" bu gün növbəti yoxlama görüşünə çıxıb.

Baş məşqçi Sənan Qurbanov yetirmələrini "Vorskla" ilə qarşılaşmada sınayıb. Ukrayna klubu ilə qarşılaşmada təmsilçimiz hesabı açmasına baxmayaraq, bu üstünlüyü qoruya bilməyib. Nəticədə "Vorskla" 3:1 hesablı qələbəyə sevinib.

Bu, "Qəbələ"nin Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama görüşü olub. Təmsilçimiz iyulun 7-də Ukraynanın digər klubu "Mariupol"a (2:1) qalib gəlib.

 

Yoxlama görüşü

11 iyul

"Qəbələ" - "Vorskla" (Ukrayna) - 1:3

Qol: ülvi İsgəndərov, 41

Bolu. "Koru" otelinin meydançası

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest