"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu "Tottenhem"ə keçmək üzrədi.

Klublar arasında danışığa start verilib. Futbolçu özü yalnız icarə əsasında bu keçidə müsbət yanaşır. 23 yaşlı orta sahə oyunçusu "Real"ı birdəfəlik tərk etmək istəmir. Onun bu tələbi keçidi düyünə salıb. Ancaq məsələnin müsbət yöndə həll olunması gözlənilir.

Qeyd edək ki, Dani Sebalyos "Real"a 2017-ci ildə "Betis"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest