"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisi Məsut özili heyətinə qatmaqda israrlıdı. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi Türkiyə əsilli oyunçu üçün qarşı tərəfə rəsmi müraciət edib.

Türklər Almaniya millisinin sabiq üzvünü icarəyə götürmək fikrindədi. "Fənər" ulduz futbolçunun istədiyi maaşı ödəməyə də hazırdı. Lakin "Arsenal" 31 yaşlı yarımmüdafiəçisini birdəfəlik sataraq, qazanc götürmək istəyir.

Qeyd edək ki, Məsut özil 2013-cü ildən "Arsenal"da çıxış edir. Onun "topçular"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest