Azərbaycan çempionu "Qarabağ" bu gün – iyulun 10-da UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Ağdam klubu oyundan bir gün əvvəl qarşılaşmanın keçiriləcəyi "Selman Stermazi" stadionunda son məşqinə çıxıb. 
 
Yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 19:30) başlayan məşq təxminən 1 saat davam edib. Futbolçular toplu çalışmalarla oyunun hazırlığını yekunlaşdırıb. 
 
Zədəli futbolçu Bədavi Hüseynov isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest