"Real" yeni mövsümün hazırlıqlarına start verib. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, məşqin ilk günündə xoşagəlməz hadisə yaşanıb.

Belə ki, hücumçu Qaret Beyl klubun bazasına gələrkən Madrid klubunun azarkeşləri tərəfindən təhqirlərlə qarşılanıb. Ondan fərqli müdafiəçi Dani Karvahal alqış sədaları altında bazaya daxil olub. Azarkeşlər bununla Beyli komandada görmək istəmədiklərini göstəriblər.

Qeyd edək ki, Qaret Beylin "İnter"ə keçəcəyi deyilsə də, meneceri bunu təkzib edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest