PSJ-də Neymarla bağlı problem səngimir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalının məşqə qoşulmaması rəhbərliyi narahat edir.

Bununla bağlı açıqlama verən idman direktoru Leonardo həmyerlisi ilə söhbət etdiyini bildirib. Leonardo ulduz futbolçunu satmağa hazır olduqlarını da etiraf edib: "Neymarla danışdım, amma söhbətin bütün detallarını açıqlamaq istəmirəm. Onun əhatəsi ilə də söhbət etdim. Mövqe hər kəsə aydındı. Ancaq xüsusi bir durum mövcuddu: Neymarın PSJ ilə hələ 3 illik müqaviləsi var. Ona görə təklif almadığımız üçün heç nəyi müzakirə edə bilmərik. Futbolçu məşqlərə qoşulmursa, bu, klubun deyil, oyunçunun günahıdı və məsuliyyəti o daşıyır. Neymarla bağlı heç bir təklif almamışıq. Münasib təklif alsaq, futbolçu PSJ-dən ayrıla bilər. Ancaq indi onu kiminsə istəyib-istəmədiyini və qiymətin nə olduğunu bilmirik. Bu, bir günün işi deyil. PSJ yalnız burda qalmaq və böyük işlər görmək istəyən oyunçulara güvənir".

Qeyd edək ki, Neymarın "Barselona"ya qayıtmağa hazırlaşdığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest