Almaniyanın "Bavariya" klubu bu ilin mart ayında transferini açıqladığı Lukas Hernandesi ictimaiyyətə təqdim edib. Matc.az xəbər verir ki, Münhen təmsilçisi İspaniyanın "Atletiko" klubundan aldığı müdafiəçi üçün bu gün təqdimat mərasimi keçirib. Bu barədə "Bavariya"nın rəsmi saytı məlumat yayıb.
 
Hernandes yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Almaniya klubu fransalı futbolçu üçün Madrid təmsilçisinə 80 milyon avro təzminat ödəyəcək. Lukas yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Xatırladaq ki, "Bavariya" Hernandesi martda transfer etsə də, müqaviləyə əsasən, 23 yaşlı futbolçu bu il iyulun 1-dən etibarən Münhen klubunun düşərgəsinə qoşulmalı idi. 
 
Fransalı futbolçu "Atletiko"ya 2007-ci ildən cəlb olunsa da, bu klubun əsas komandasında 2014-cü ildən çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest