Joze Mourinyo çindən aldığı sərfəli təklifi qəbul etməyib. Matc.az xəbər verir ki, "Quançjou Everqrand" portuqaliyalıya illik 25 milyon avro maaşla 4 illik müqavilə təklif edib.

Amma o, ailə məsələsinə görə çinə getməkdən imtina edib.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis son olaraq "Mançester Yunayted"i çalışdırıb. O, ötən ilin dekabrından işsizdi. Portuqaliyalı məşqçi açıqlamalarından birində bəyan edib ki, bundan sonra milli komandada çalışmaq istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest