"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannın transferini rəsmiləşdirmək üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar keçidi həftənin əvvəlində reallaşdıracaq.

Belə ki, "Barsa" Qrizmannın sərbəst qalma məbləği olan 120 milyon avronu ödəyəcək və "Atletiko"nun futbolçu ilə müqaviləsinə xitam veriləcək. Fransa millisinin üzvü iyulun 12-də "Nou Kamp" stadionunda azarkeşlərə təqdim ediləcək. Qrizmann iyulun 14-də isə yeni komandası ilə ilk məşqinə çıxacaq.

Qeyd edək ki, "Atletiko" rəhbərliyi bir müddət əvvəl "Barselona"nı onlardan icazəsiz futbolçu ilə danışıq apardığı üçün FIFA-ya şikayət etməklə hədələmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest