Amerika Kuboku-2019-un ən yaxşısı müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, turnirin ən yaxşı futbolçusu Braziliya millisinin müdafiəçisi Dani Alveş seçilib.

36 yaşlı cinah oyunçusu 6 qarşılaşmada meydanda olub və 1 assistə imza atıb. Turnir ərzində qapısından cəmi 1 top buraxan "sambaçılar"ın qolkiperi Allison ən yaxşı qapıçı mükafatına layiq görülüb.

Yeri gəlmişkən, Dani Alveş karyerası ərzində 40-cı titulunu qazanıb. Bununla o, öz rekordunu yeniləyib.

Braziliya yığmasının baş məşqçisi Tite isə unikal göstəriciyə imza atıb. O, həm Amerika Kuboku, həm Libertadores Kuboku, həm də Sudamerikano Kubokunu qazanan ilk mütəxəssis olub.

Qeyd edək ki, Braziliya yığması Amerika Kuboku-2019-un finalında Peru üzərində 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest