Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" klubu Qazaxıstan çempionu olub. Matç.az saytı xəbər verir ki, buna XXXI turun ilk qarşılaşması səbəb olub.

öz meydanında "İrtış"la qarşılaşan "Kayrat"ın 0:1 hesabı ilə uduzması çempionun rəsmiləşməsi üçün kifayət edib. Sabah "Tobol"la səfər matçına çıxacaq Almeydanın komandası son 4 oyununun nəticəsindən asılı olmayaraq qızıl medallara yiyələnib.

Belə ki, "Astana" 29 oyunda 71, ən yaxın izləyicisi "Kayrat" 30 matçda 61 xal toplayıb. Sonuncuların 3 oyunu qaldığından çempionluq arzusu ilə vidalaşıb və gümüş medala yiyələnib. çünki 3-cü olan "Tobol" "Kayrat"dan 14 xal geridədi.

"Astana" ardıcıl 5-ci dəfə çempion olmaqla "Aktobe" və "İrtış"a məxsus rekordu təkrarlayıb. Amma Almeydanın komandası bu uğurları ardıcıl əldə edib.

Qeyd edək ki, Almeyda klubunda 6 çempionat matçında 1 qol vurub. Onunla "Qarabağ"da çıxış edən digər braziliyalı Pedro Enrike də çempionun heyətində 6 matça çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest