"Qarabağ" bu gün Avstriyada son məşqinə çıxıb. Matc.az xəbər verir ki, son hazırlıq yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. 
 
Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
 
Qeyd edək ki, "Qarabağ" iyulun 8-də Albaniyanın Tirana şəhərinə yollanacaq. Ağdam klubu UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" ilə məhz bu şəhərdə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest