Növbəti mövsümə Türkiyədə hazırlaşan "Qəbələ"nin qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub. Matc.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv Ukraynanın "Vorskla" klubu ilə üz-üzə gələcək.
 
Bu barədə "Qəbələ"nin rəsmi saytı məlumat yayıb. Sözügedən rəqiblə oyun iyulun 11-də baş tutacaq.
 
Qeyd edək ki, "Qəbələ" Bolu toplanışının 4-cü günündə – bu gün Ukraynanın digər təmsilçisi "Mariupol"la qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest