İngiltərənin "çelsi" klubu futbolçusu Ruben Loftus-çikin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, "zadəganlar" 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"çelsi"nin yetirməsi olan Loftus-çik, 2015-ci ildən əsas komandada çıxış edir. O, geridə qalan mövsümdə Premyer Liqada 24 oyuna çıxıb, 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest