Əfsanəvi hollandiyalı futbolçu Patrik Klyuvert "Roma"da çıxış edən oğlu Castin Klyuvertlə bağlı arzularını açıqlayıb. "Barselona"nın sabiq forvardı oğlunun da bu klubun formasını geyinməsinə ümid edir.

Klyuvert nə vaxtsa bunun gerçəkləşəcəyinə inanır: "Əlbəttə ki, Castin nə vaxtsa "Barselona"da oynamaq istəyir. Bunu özü də mətbuata açıqlamasında bildirib. Hazırda "Roma"da özünü çox yaxşı hiss edir. Gənc komanda olsa da, təcrübəli oyunçuları da var. ümid edirəm ki, oğlum vaxtı çatanda "Barselona" ilə müqavilə bağlayacaq. çünki bu, həm də mənim xəyalımdı. Əgər oğlunuz sizin yolunuzla gedirsə, bu, əladı".

Qeyd edək ki, Patrik Klyuvert 1998-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest