Futbol üzrə Rusiya Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "Zenit"lə ölkə kubokunun son qalibi "Lokomotiv" üz-üzə gəlib.
 
Moskvadakı "VTB Arena"da keçirilən matç "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsiylə nəticələnib.
 
Bununla da "Lokomotiv" həmin titula 3-cü dəfə sahib çıxıb. Moskvalılar bundan əvvəl 2008 və 2015-ci illərdə də "Zenit"i məğlub edərək, ölkə Super Kubokuna yiyələniblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest