Növbəti mövsümə Türkiyədə hazırlaşan "Qəbələ" bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağına çıxıb. 
 
"Qəbələ" toplanışın 4-cü günündə Ukraynanın "Mariupol" klubu ilə qarşılaşıb. Azərbaycanı Avropa Liqasında təmsil edəcək ölkə kubokunun qalibi bu qarşılaşmadan qələbəylə ayrılıb.
 
Yoxlama oyunu
7 iyul
 
Qəbələ – Mariupol 2:1
Qol: ü.İsgəndərli, 2. R.Hüseynov, 17 - Fomin, 34-pen.
Hendek Atatürk stadionu.
 
Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, ülvi İsgəndərli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest